İbrahim Kalın Qəzza üzrə danışıqlarda iştirak edib

20:10 08.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Qahirəyə səfər edib. O, Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinin icrası istiqamətindəki səylərlə bağlı Fələstin qruplarının və qarant ölkələrin (Misir və Qətər) nümayəndələri ilə danışıqlar aparıb.

Hafta.az Türkiyə mediasına istinadla xəbər verir ki, Misirin paytaxtında Qəzza zolağı üzrə sülh prosesi, o cümlədən yerlərdə maneələrin aradan qaldırılmasına yönəlmiş “yol xəritəsi” layihəsi müzakirə olunub.

MİT rəhbərinin qatıldığı görüşlərdə əsas diqqət razılaşmaların birinci mərhələsi ilə əlaqədar öhdəliklərin yerinə yetirilməsinə, humanitar yardımların artırılmasına və yerlərdə sakitliyin qorunmasına dair tədbirlərin görülməsinə yetirilib.